Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 2-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Turun açılış oyununda “Hamburq” və “Sankt Pauli” komandaları qarşılaşıblar. Qonaqlar səfər oyunundan inamlı qələbə ilə qayıdıblar.
2-ci turun qalan görüşləri avqustun 30-da və 31-də keçiriləcək.
Almaniya, Bundesliqa
2-ci tur
29 avqust
Hamburq – Sankt Pauli 0:2
Qollar: Dzviqala, 19. Huntondji, 60.
30 avqust
17:30. Hoffenhaym – Ayntraxt
17:30. Leypsiq – Haydenhaym
17:30. Ştutqart – Borussiya (Mönhenqladbax)
17:30. Verder – Bayer
20:30. Auqsburq – Bayern
31 avqust
17:30. Volfsburq – Maynts
19:30. Borussiya (Dortmund) – Union Berlin
21:30. Köln – Frayburq


