Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 6-cı turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Hoffenhaym” doğma meydanda “Köln”lə üz-üzə gəlib. Qonaqlar bu oyunda tək qolla 3 xal qazanıblar.
Qeyd edək ki, 6-cı turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya, Bundesliqa
6-cı tur
3 oktyabr
Hoffenhaym – Köln 0:1
Qol: El Mala, 16.
4 oktyabr
17:30. Auqsburq – Volfsburq
17:30. Bayer – Union Berlin
17:30. Borussiya (Dortmund) – Leypsiq
17:30. Verder – Sankt Pauli
20:30. Ayntraxt – Bayern
5 oktyabr
17:30. Ştutqart – Haydenhaym
19:30. Hamburq – Maynts
21:30. Borussiya (Mönhenqladbax) – Frayburq


