Bundesliqa: “Hoffenhaym” “Verder”i xalsız yola saldı – Video

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 24-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Hoffenhaym” – “Verder” matçı meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Səfərdə “Köln”lə qarşılaşan lider “Bayer” isə bu dəfə 2 cavabsız qolla qalib gəlib.

Avropa Liqasının 1/8 finalında Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Bayer” bu qələbədən sonra 64 xalla zirvədə qərarlaşıb. Son çempion “Bayern” 54 xalla 2-ci, 50 xalı olan “Ştutqart” isə 3-cüdür.

Dortmund “Borussiya”sı 44, “Leypsiq” 43, “Ayntraxt” 37, “Hoffenhaym” 33, “Verder” və “Frayburq” 30, “Auqsburq” 29, “Haydenhaym” 28 xal toplayıb.

Almaniya, Bundesliqa
24-cü tur
1 mart

Frayburq – Bayern 2:2
Qollar: Günter, 12. Holer, 87 – Tel, 35. Musiala, 75.

2 mart

Boxum – Leypsiq 1:4
Qollar: Vittek, 7 – Olmo, 30. Openda, 68. Ordets, 71-öz qapısına. Poulsen, 72.

Darmştadt – Auqsburq 0:6
Qollar: Tiets, 2; 84. Yensen, 12. Demiroviç, 20; 29. Varqas, 25.

Haydenhaym – Ayntraxt 1:2
Qollar: Peringer, 59 – Gimber, 39-öz qapısına. Nkunku, 49.

Maynts – Borussiya (Mönxenqladbax) 1:1
Qollar: Burkardt, 12 – Nqumu, 55.

Union Berlin – Borussiya (Dortmund) 0:2
Qollar: Adeyemi, 41. Matsen, 90.

Volfsburq – Ştutqart 2:3
Qollar: Mehle, 50. Nmeça, 83 – Girassi, 14; 54-pen. Vaqnoman, 78.

3 mart

Köln – Bayer 0:2
Qollar: Frimponq, 38. Qrimaldo, 73.

Hoffenhaym – Verder 2:1
Qollar: Beyer, 8; 44 – Alvero, 90+2.