Bundesliqa: “Leypsiq” Kölndə 5 qola sevindi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 26-cı turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Köln” doğma meydanda “Leypsiq”lə üz-üzə gəlib. Altı qolun qeydə alındığı bu oyunda qonaqlar darmadağına seviniblər.

26-cı turun qalan oyunları şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya, Bundesliqa
26-cı tur
15 mart

Köln – Leypsiq 1:5
Qollar: Adamyan, 18 – Simons, 15. Opena, 65; 67. Haydara, 70. Poulsen, 82.

16 mart

18:30. Darmştadt – Bayern
18:30. Haydenhaym – Borussiya (Mönhenqladbax)
18:30. Maynts – Boxum
18:30. Union Berlin – Verder
18:30. Volfsburq – Auqsburq
21:30. Hoffenhaym – Ştutqart

17 mart

18:30. Frayburq – Bayer
20:30. Borussiya (Dortmund) – Ayntraxt

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: