Futbol üzrə Almaniya çempionatının (Bundesliqa) 2023/2024 mövsümünün 18-ci turundan təxirə salınmış bir qarşılaşma keçirilib.
Arena.az xəbər verir ki, günün yeganə oyunu “Maynts” və “Union Berlin” komandaları arasında baş tutub.
Tərəflər hərəyə bir dəfə fərqləndikləri bu görüşdən 1 xalla ayrılıblar. Hesabı 45+8-ci dəqiqədə açan meydan sahibləri elə fasiləyə qədər bu üstünlüyü əldən veriblər.
Beləliklə, 20 turdan sonra “Union Berlin” 18 xalla 15-ci, “Maynts” isə 12 xalla sonuncudan əvvəlki – 17-ci pillədə qərarlaşıb. Bundesliqanın turnir cədvəlinə 52 xala malik “Bayer” liderlik edir. “Bayern” 50 xalla 2-ci, “Ştutqart” 40 xalla 3-cüdür.
Almaniya, Bundesliqa
18-ci turun oyunu
7 fevral
Maynts – Union Berlin 1:1
Qollar: Burkardt, 45+8 – Qosens, 45+13.


