Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 23-cü turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Turun açılış matçında çempionatın vahid lideri “Bayer” doğma meydanda “Maynts”la üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyun Avropa Liqasının 1/8 finalında Azərbaycan çempionu “Qarabağ”a rəqib olan “Bayer”in növbəti qələbəsiylə yekunlaşıb. Bu qələbədən sonra Leverkuzen təmsilçisi 61 xalla zirvədə qərarlaşıb və ən yaxın izləyicisi olan “Bayern”i 11 xal qabaqlayır.
23-cü turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya, Bundesliqa
23-cü tur
23 fevral
Bayer – Maynts 2:1
Qollar: Caka, 3. Andrix, 68 – Kor, 8.
24 fevral
18:30. Borussiya (Mönxenqladbax) – Boxum
18:30. Ştutqart – Köln
18:30. Union Berlin – Haydenhaym
18:30. Verder – Darmştadt
21:30. Bayern – Leypsiq
25 fevral
18:30. Ayntraxt – Volfsburq
20:30. Borussiya (Dortmund) – Hoffenhaym
22:30. Auqsburq – Frayburq


