Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 5-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
“Union Berlin” – “Hamburq” matçında qapılara qol vurulmayıb. “Frayburq” – “Hoffenhaym” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Üç qolun vurulduğu “Köln” – “Ştutqart” görüşündə isə qonaqlar qələbə qazanıblar.
Beləliklə, 5 turdan sonra maksimum nəticə irəliləyən yeganə komanda “Bayern”dir – 15 xal. Dortmund “Borussiya”sının 13, “Leypsiq”in 12, “Ayntraxt” və “Ştutqart”ın 9, “Bayer”in 8 xalı var.
Almaniya, Bundesliqa
5-ci tur
26 sentyabr
Bayern – Verder 4:0
Qollar: L.Dias, 22. H.Keyn, 45-pen; 65. Laymer, 88.
27 sentyabr
Haydenhaym – Auqsburq 2:1
Qollar: Kaufmann, 47. Konte, 54 – Tiets, 90+8.
Maynts – Borussiya (Dortmund) 0:2
Qollar: Svensson, 27. Adeyemi, 40.
Sankt Pauli – Bayer 1:2
Qollar: Vahl, 32 – Tapsoba, 25. Poku, 58.
Volfsburq – Leypsiq 0:1
Qol: Bakayoko, 8.
Borussiya (Mönhenqladbax) – Ayntraxt 4:6
Qollar: Kastrop, 72. Tabakoviç, 78. Engelhardt, 83. Ranos, 90+9 – Kox, 11; 47. Knauff, 15. Burkardt, 35. Şaibi, 39. C.Y.Uzun, 45+1.
28 sentyabr
Frayburq – Hoffenhaym 1:1
Qollar: Kubler, 3 – Asllani, 13.
Köln – Ştutqart 1:2
Qollar: Kaminski, 4 – Demiroviç, 28-pen. Vaqnoman, 81.
Union Berlin – Hamburq 0:0


