Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 25-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Ştutqart” doğma meydanda “Union Berlin”lə üz-üzə gəlib. Uğurlu mövsüm keçirən ştutqartlılar bu oyundan da inamlı qələbə ilə ayrılıblar. Bu komanda hazırda 53 xalla 3-cü pillədə qərarlaşıb və lider “Bayer”dən 11 xal geri qalır.
25-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya, Bundesliqa
25-ci tur
8 mart
Ştutqart – Union Berlin 2:0
Qollar: Girassi, 19. Fuhrix, 65.
9 mart
18:30. Auqsburq – Haydenhaym
18:30. Borussiya (Mönxenqladbax) – Köln
18:30. Bayern – Maynts
18:30. Leypsiq – Darmştadt
21:30. Verder – Borussiya (Dortmund)
10 mart
18:30. Boxum – Frayburq
20:30. Ayntraxt – Hoffenhaym
22:30. Bayer – Volfsburq


