Bundesliqa: “Ştutqart” “Union Berlin”i xalsız yola saldı

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 13-cü turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Ştutqart” “Union Berlin”i qəbul edib. Beş qolun qeydə alındığı oyun meydan sahiblərinin çətin qələbəsiylə yekunlaşıb.

Qeyd edək ki, 13-cü turun qalan oyunları şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya, Bundesliqa
13-cü tur
6 dekabr

Ştutqart – Union Berlin 3:2
Qollar: Voltermade, 51; 59. A.Karazor, 69 – Doexi, 37. Skov, 48.

7 dekabr

18:30. Bayer – Sankt Pauli
18:30. Bayern – Haydenhaym
18:30. Boxum – Verder
18:30. Ayntraxt – Auqsburq
18:30. Holştayn – Leypsiq
21:30. Borussiya (Mönhenqladbax) – Borussiya – (Dortmund)

8 dekabr

18:30. Volfsburq – Maynts
20:30. Hoffenhaym – Frayburq

Xəbəri sosial şəbəkələrdə paylaş: