Bundesliqa: “Union Berlin” “Leypsiq”ə də uduzdu

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 20-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Volfsburq” – “Hoffenhaym” matçında qalib müəyyənləşməyib. “Leypsiq” isə “Union Berlin”lə ev oyununda inamlı qələbəyə sevinib.

Beləliklə, 20 turdan sonra 52 xal toplamış “Bayer” zirvədəki mövqeyini qoruyur. “Bayern” 50 xalla ikinci, “Ştutqart” isə 40 xalla üçüncü pillədə qərarlaşıb. Dortmund “Borussiya”sı da 37 xalla dördüncüdür. “Leypsiq” 36, “Ayntraxt” 31, “Frayburq” 28, “Hoffenhaym” və “Verder” 26, “Haydenhaym” 24, “Volfsburq” 23, “Auqsburq” 22, Mönxenqladbax “Borussiya”sı və “Boxum” 21 xal toplayıblar. Uğursuz mövsüm keçirən “Union Berlin”in 17, “Köln”ün 15, sonuncu yeri bölüşən “Maynts” və “Darmştadt”ın isə 11 xalı var.

Almaniya, Bundesliqa
20-ci tur
2 fevral

Haydenhaym – Borussiya (Dortmund) 0:0

3 fevral

Bayern – Borussiya (Mönhenqladbax) 3:1
Qollar: Pavloviç, 45. Keyn, 70. De Liqt, 86 – Elvedi, 35.

Boxum – Auqsburq 1:1
Qollar: Broşinski, 33.

Darmştadt – Bayer 0:2
Qollar: Tella, 33; 52.

Frayburq – Ştutqart 1:3
Qollar: Kubler, 45+11 – Undav, 3. Fuhrix, 7. Mittelstadt, 74.

Maynts – Verder 0:1
Qol: Dukş, 2.

Köln – Ayntraxt 2:0
Qollar: Alidou, 68. Tilmann, 80.

4 fevral

Volfsburq – Hoffenhaym 2:2
Qollar: Mayer, 58; 70-pen – Beyer, 6. Promel, 66.

Leypsiq – Union Berlin 2:0
Qollar: Openda, 11. Şeşko, 48.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: