Bundesliqa: “Volfsburq” evdə, “Auqsburq” səfərdə 3 qola üzüldü

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 28-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Hoffenhaym” – “Auqsburq” matçında meydan sahibləri inamlı qələbəyə seviniblər.

Turun qapanış matçında isə “Volfsburq” Mönhenqladbax “Borussiya”sı ilə qarşılaşıb. Bu oyunda da qapılara qol vurulub. Amma qələbəni qonaqlar bayram ediblər.

Beləliklə, 28 turdan sonra 76 xala malik “Bayer” vahid liderdir. Leverkuzen təmsilçisi növbəti turda qalib gələcəyi halda vaxtından öncə çempionluğu təmin edəcək.

Son çempion “Bayern” hazırda 60 xalla 2-cidir. Eyni xala malik “Ştutqart” isə 3-cü pillədə qərarlaşıb.

“Leypsiq” və Dortmund “Borussiya”sının 53, “Ayntraxt”ın 42, “Auqsburq”, “Hoffenhaym” və “Frayburq”un 36 xalı var.

Almaniya, Bundesliqa
28-ci tur
5 aprel

Ayntraxt – Verder 1:1
Qollar: Tuta, 77 – Velkoviç, 62.

6 aprel

Köln – Boxum 2:1
Qollar: Tigges, 90+1. Valdşmidt, 90+2 – Passlak, 53.

Frayburq – Leypsiq 1:4
Qollar: Qrifo, 59 – Haydara, 2. Openda, 18; 44. Şeşko, 54.

Haydenhaym – Bayern 3:2
Qollar: Sessa, 50. Klayndinst, 51; 79 – Keyn, 38; Qnabri, 45.

Maynts – Darmştadt 4:0
Qollar: Olsen, 33. Qruda, 60. Sun, 80; 84.

Union Berlin – Bayer 0:1
Qol: Virts, 45+8-pen.

Borussiya (Dortmund) – Ştutqart 0:1
Qol: Girassi, 64.

7 aprel

Hoffenhaym – Auqsburq 3:1
Qollar: Veqorst, 17. Kramariç, 20. Bebu, 90 – Demiroviç, 61.

Volfsburq – Borussiya (Mönhenqladbax) 1:3
Qollar: Baku, 7 – İtakura, 52. Nqumu, 58. Rayts, 88.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: