Bundesliqa: “Volfsburq” evdə “Leypsiq”ə uduzdu

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 29-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Volfsburq” doğma meydanda “Leypsiq”lə qarşılaşıb. Beş qolun qeydə alındığı oyun qonaqların çətin qələbəsi ilə yekunlaşıb.

29-cu turun qalan qarşılaşmaları şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya, Bundesliqa
29-cu tur
11 aprel

Volfsburq – Leypsiq 2:3
Qollar: Fişer, 58. Skov Olsen, 75 – Openda, 11. X.Simons, 26; 49.

12 aprel

17:30. Borussiya (Mönhenqladbax) – Frayburq
17:30. Bayer – Union Berlin
17:30. Boxum – Auqsburq
17:30. Hoffenhaym – Maynts
17:30. Holştayn – Sankt Pauli
20:30. Bayern – Borussiya (Dortmund)

13 aprel

17:30. Ştutqart – Verder
19:30. Ayntraxt – Haydenhaym

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: