Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 14-cü turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Hoffenhaym” – “Frayburq” matçında qalib müəyyənləşməyib. Komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Volfsburq” – “Maynts” matçı daha məhsuldar alınıb. Yeddi qolun qeydə alındığı bu görüş meydan sahiblərinin çətin qələbəsi ilə yekunlaşıb.
Beləliklə, Bundesliqanın geridə qalmış 13 turundan sonra 33 xala malik “Bayern” vahid liderdir. “Ayntraxt” 27 xalla 2-ci, ötən mövsümün qalibi olmuş “Bayer” isə 26 xalla 3-cü pillədə qərarlaşıb. “Leypsiq” 24, “Volfsburq”, Dortmund “Borussiya”sı, “Frayburq” 21, “Ştutqart” 20 xal toplayıb.
Almaniya, Bundesliqa
13-cü tur
6 dekabr
Ştutqart – Union Berlin 3:2
Qollar: Voltermade, 51; 59. A.Karazor, 69 – Doexi, 37. Skov, 48.
7 dekabr
Bayer – Sankt Pauli 2:1
Qollar: Virts, 6. C.Ta, 21 – Gilavoqi, 84.
Bayern – Haydenhaym 4:2
Qollar: Upamekano, 18. Musiala, 56; 90+1. Qoretska, 84 – Honsak, 50. Dorş, 85.
Boxum – Verder 0:1
Qol: Stage, 56.
Ayntraxt – Auqsburq 2:2
Qollar: Ekitike, 55. C.Y.Uzun, 74 – Tiets, 60. Essende, 71.
Holştayn – Leypsiq 0:2
Qollar: Şeşko, 27. A.Silva, 69-pen.
Borussiya (Mönhenqladbax) – Borussiya – (Dortmund) 1:1
Qollar: Stoqer, 71-pen – Gittens, 65.
8 dekabr
Volfsburq – Maynts 4:3
Qollar: Amura, 19. Tomas, 58. Vind, 84; 90+4 – Nebel, 11; 66. Burkardt, 39.
Hoffenhaym – Frayburq 1:1
Qollar: Bişof, 73 – Ginter, 68.


