Çempionlar Liqasında ilk yarımfinalçılar bəlli olur

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 1/4 final mərhələsinin ilk iki cavab oyunu keçiriləcək.

Arena.az xəbər verir ki, İspaniya klublarından “Barselona” ev, “Atletiko” isə səfər matçına çıxacaq.

Sözügedən komandalar ilk görüşlərində müvafiq olaraq Fransanın PSJ və Almaniyanın “Borussiya” (Dortmund) klubları üzərində minimalhesablı qələbə qazanıblar. Bu cütlərin qalibləri yarımfinalda rəqib olacaqlar.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin digər iki oyunu sabah – aprelin 17-də keçiriləcək. “Bayern” (Almaniya) doğma meydanda “Arsenal”la (İngiltərə), “Mançester Siti” (İngiltərə) isə “Real”la (İspaniya) qarşılaşacaq.

UEFA Çempionlar Liqası
1/4 finalın cavab oyunları
16 aprel

23:00. “Barselona” (İspaniya) – PSJ (Fransa)
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Barselona, “Olimpik Lyuis Kompanis” stadionu.
İlk oyun – 3:2.

23:00. “Borussiya” (Dortmund, Almaniya) – “Atletiko” (İspaniya)
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Dortmund, “Siqnal İduna Park” stadionu.
İlk oyun – 1:2.