Dimitri Payet fiziki və cinsi zorakılıqda ittiham edildi

“Vasko da Qama”nın 38 yaşlı fransalı hücumameylli yarımmüdafiəçisi Dimitri Payet fiziki və cinsi zorakılıqda ittiham edilib.

Arena.az bu barədə “RMC Sport” dərgisinin AFP dərgisinə istinadı əsasında məlumat verir.

İxtisasca vəkil olan 28 yaşlı Larissa Ferrari fransalı futbolçunu fizki və cinsi zorakılıqla yanaşı, eləcə də mənəvi zorakılıqda təqsirləndirib.

Vurğulanır ki, cari ilin mart ayında qadın Braziliya polisinə şikayət ünvanlayıb və hüquq-mühafizə orqanları iş üzrə təhqiqata başlayıblar.

“Ötən ilin dekabr ayında bizim aramızda ilk mübahisə yaşanıb və o, mənə, məni cəzalandırmaq niyyətində olduğunu deyib. O, məndən sevgimə dair sübut tələb edirdi, bu, alçalmaqdan ibarət idi. Mən öz sidiyimi içdiyimi, ayaqyolu çanağından su içdiyimi və döşəməni yaladığımı videoya çəkmişəm”, deyə qadın vurğulayıb.

Larissa Ferrari həmçinin bəyan edib ki, Dimitri Payet onu döyüb və o, yerdə uzanmışkən futbolçu onun üstünə çıxaraq, onu tapdalayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: