Donni van de Bek rəsmən “Ayntraxt”da

Futbol üzrə Niderland millisinin və “Mançester Yunayted”in yarımmüdafiəçisi Donni van de Bek Frankfurt “Ayntraxt”ına keçib.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

Bundesliqa təmsilçisi 26 yaşlı niderlandlı oyunçunu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.

“Ayaks”ın yetirməsi olan Donni van de Bek 2020-ci ildən “Mançester Yunayted”də forma geyinir. Yarımmüdafiəçi bu komandada 62 oyun keçirib, 2 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. O, 2022-ci ildə “Everton”da da icarədə olub.

Van de Bek 2017-ci ildən formasını geyindiyi Niderland millisində 19 oyuna çıxıb, 3 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: