“Barselona”nın baş məşqçisi Hans-Diter Flik La Liqanın 13-cü turunun “Real Sosyedad”la səfər oyunundakı məğlubiyyətə (0:1) aydınlıq gətirib.
Arena.az “Barselona”nın rəsmi saytına istinadən, alman mütəxəssin bu barədə fikrini təqdim edir:
“Biz ilk dəqiqələrdəki kimi daha yaxşı oynaya bilərdik, amma oyunun nəbzini qoruya bilmədik və kifayət qədər məqamlar yarada bilmədik. Meydanda yaxşıca qarşılıqlı əlaqə yaratdıq, topa sahib olduq, amma sonra fəsadlar baş qaldırmağa başladı və nəticədə onlar qol vurdular. Oyunun son kəsimində səhv qərarlar verdik. Bu gün başqa günlərdə olduğu kimi kəskin deyildik. Əlbəttə, Yamal əskik idi. O, keyfiyyətli futbolçudur, bu göz qabağındadır”, deyə Flik vurğulayıb.
Alman mütəxəssis “Barselona”nın ləğv edilməş qolu ilə bağlı məqam haqda da fikrini bildirib:
“Bu gün bizim günümüz deyildi. Hücumda səhv qərarlar verdik. Hakimlikdən o qədər də narazılıq hiss etmədim. Mən bunun oyundankənar vəziyyət olmadığını dedim, amma başqa cür qərar verdilər. Düşünürəm ki, qol hesablansaydı, oyun başqa axarda da gedə bilərdi”, deyə Flik oyunsonra mətbuat konfransında bildirib.
Xatırladaq ki, “blauqrana”nın polyak mərkəz hücumçusu Robert Levandovskinin 13-cü dəqiqədə vurduğu qol, çox mübahisəli oyundakənar vəziyyət səbəbilə VAR müdaxiləsi nəticəsində hesaba alınmayıb.
Qeyd edək ki, “Barselona” bu məğlubiyyətinə rəğmən, 13 turdan sonra 33 xalla La Liqaya başçılıq erməkdə davam edir. 18 xal toplamış “Real Sosyedad” isə La Liqanın yarış cədvəlində 9-cu pillədə qərarlaşıb.


