İtaliya kubokunda 1/8 final mərhələsinə yekun vuruldu

Futbol üzrə İtaliya kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Mərhələnin son matçında “Roma” “Leççe”ni qəbul edib. “Canavarlar” aşağı liqa təmsilçisi üzərində inamlı qələbə qazanmaqla 1/4 finala çıxıblar.

Daha öncə “Atalanta”, “Fiorentina, “Milan”, “Latsio”, “Yuventus”, “Sassuolo” və “İnter” klubları da 1/4 finala vəsiqə qazanmışdılar.

İtaliya kuboku
1/8 final
12 yanvar

Atalanta – Venetsiya 2:0
Qol: Muriel, 12. Mehle, 88.

13 yanvar

Napoli – Fiorentina 2:5
Qol: Mertens, 44. Petanya, 90+5 – Vlahoviç, 41. Biraqi, 57. Venuti, 105+1. Pyontek, 108. Male, 119.

Milan – Cenoa 3:1
Qol: Jiru, 74. Leao, 102. Salemakers, 112 – Estiqor, 17.

18 yanvar

Latsio – Udineze 1:0
Qol: İmmobile, 106.

Yuventus – Sampdoriya 4:1
Qol: Kuadrado, 25. Ruqani, 52. Dibala, 67. Morata, 77 – Konti, 63.

19 yanvar

Sassuolo – Kalyari 1:0
Qol: Harrui, 18.

İnter – Empoli 3:2
Qol: A.Sançes, 13. Ranokkya, 90+1. Sensi, 104 – Bayrami, 61. Radu, 76.

20 yanvar

Roma – Leççe 3:1
Qol: Kumbulla, 40. Abraham, 54. Şomurodov, 81 – Kalabrezi, 14.

Artıq 1/4 finalda hansı komandaların üz-üzə gələcəyi də bəllidir. Sonuncu 1/4 finalçı “Roma”nı yarımfinala vəsiqə uğrunda “İnter”lə mübarizə gözləyir.

Yuventus – Sassuolo
Atalanta – Fiorentina
Milan – Lazio
İnter – Roma

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: