Joao Feliksin “Barselona” açıqlaması “Atletiko”nu qəzəbləndirdi

“Atletiko” rəhbərliyi hücumçusu Joao Feliksin “Barselona”da oynamaq istəyi ilə bağlı ismarışlar dərc etməsinə icazə verməyib.

Arena.az bu barədə “Relevo”ya istinadən məlumat verir.

Mənbənin məlumatına görə, klub rəhbərliyi portuqal hücumçunun mətbuatda dərc edilmiş müvafiq sətirlərini oxuyaraq qəzəblənib və həmçinin Feliksin agenti Xorxe Mendeşin ünvanına da hiddət nümayiş etdirib.

“Atletiko” rəhbərliyi adından bu xüsusda bildirilib:

“Oyunçunun agenti Joaonun klubu tərk etməsi üçün hansı şərtlərə əməl edilməli olduğunu yaxşı bilir. Bu andan müvafiq məsələ ilə bağlı şərh vercəyimiz məqam yoxur”.

Xatırladaq ki, daha əvvəl Joao Feliks “Barselona”da oynamağın uşaqlıq arzusu olduğunu və bunu gerçəkləşdirmək istədiyini bildirmişdi.

23 yaşlı Joao Feliksin “Atletiko” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2022/2023 mövsümünün ikinci yarısını Joao Feliks icarə əsasında “Çelsi”də keçirib. O, “zadəganlar”ın heyətində 20 oyuna çıxıb, 4 qol vurub. Mövsümün bitməsi ilə London klubu Feliksin xidmətində maraqlı olmadığını elan edib.

“Transfermarkt” internet-portalı Joao Feliksi 50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: