Laurin Ulrix “Ştutqart”ı “Paderborn”a dəyişdi

Almaniyanın “Ştutqart” klubunun hücumameyilli yarımmüdafiəçisi Laurin Ulrix bundan sonra “Paderborn”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Paderborn”un rəsmi saytına istinadən xəbər verir.

Bundesliqaya yenicə vəsiqə qazanmış “Paderborn” 21 yaşlı futbolçunu 2026/2027-ci illər mövsümünün sonunadək icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb. Bir sözlə o, mövsüm bitəndən sonra yenidən doğma klubuna qayıdacaq.

Qeyd edək ki, yarımmüdafiəçinin “Ştutqart”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Laurin Ulrix “Ştutqart”ın ikinci komandasında keçirdiyi 41 oyunda 6 qol vurub və 17 məhsuldar ötürmə edib. O, daha əvvəl icarə əsasında “Ulm” və “Maqdeburq”da da çıxış edib.

Ulrix Almaniyanın U-16, U-17, U-18, U-19 və U-20 yığmalarında da forma geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: