Luis Enrike: “Özünü fəda edə bilən oyunçuları bəyənirəm”

PSJ-nin baş məşqçisi Luis Enrike komanda üçün özünü qurban verə bilən futbolçulara dəyər verdiyini bildirib.

Arena.az “Footmercato” dərgisinə istinadən məlumat verir ki, ispan mütəxəssis məhz fədakarlığın oyunçularda ən çox qiymətləndirdiyi keyfiyyət olduğunu bildirib:

“Aydındır ki, hər bir oyunçunun sevimli mövqeyi var, amma biz buna diqqət yetirməməliyik. Mən Beraldonu müdafiənin mərkəzində çox bəyənirəm, amma komandaya başqa mövqedə lazımdısa, niyə belə etməyək?

Lukas Ernandeslə də eynilə, hücumçu olan, amma mərkəzdə və ya hücumda oynaya bilən Dembele ilə də eynilə. Mənim üçün, komandaya gərək olsa, hətta hücumçu da müdafiəçi kimi çıxış edə bilər. Sənə gərək olan yerdə oynamalısan və komanda üçün özünü fəda edə bilən oyunçuları bəyənirəm, bu, klub üçün ən yaxşı məqamdır”, deyə Luis Enrike vurğulayıb.

Hazırda Luis Enrikenin PSJ-si 24 oyundan 55 xalla Fransa Liqa 1-in yarış cədvəlinə başçılıq edir. PSJ cari mövsüm Fransa Super Kubokunu qazanıb. Həmçinin Fransa nəhəngi ölkə kubokunun və Çempionlar Liqasının 1/4 final mərhələsinə yüksəlib və mübarizəsini davam etdirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: