PSJ-nin baş məşqçisi Luis Enrike Fransa Liqa 1-in 27-ci turunun autsayder “Sent Etyen”lə səfər oyununda 6:1 hesablı darmadağını şərh edib.
Arena.az PSJ-nin rəsmi saytına istinadən, ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Mən çox razıyam, amma buna rəğmən, mən oyunun başlanğıcından daha az məmnunam. Çünki “Sent Etyen” çox fəal oynayırdı. Düşünürəm ki, birinci hissənin sonlarında biz öz səviyyəmizdə oynadıq. İkinci hissə isə çoxsaylı fürsətləri və qolları ilə gözlənilməz idi. Biz bu ibrət dərslərindən, “Dyunkerk” və “Aston Villa” ilə qarşıdakı oyunlar üçün səmərə əxz etməliyik”, deyə Luis Enrike vurğulayıb.
27 oyundan 71 xal toplamış PSJ Fransa Liqa 1-in yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Sent Etyen” isə 26 oyundan 20 xalla axırıncıdan əvvəlki, 17-ci pillədə qərarlaşıb.


