Mourinyo: “Lukaku “Çelsi”də tanıdığım uşaq deyil”

İtaliyanın “Roma” komandasının baş məşqçisi Joze Mourinyo belçikalı hücumçu Romelu Lukaku haqda fikirlərini paylaşıb.

Arena.az Mourinyonun bu barədə fikirlərini təqdim edir:

“O, həmişə qol vururdu – təbiətcə ona xas olan budur. Biz çox sürətli komanda deyilik, amma bu, bizə dərinlik verir. Romelu artıq “Çelsi”də tanıdığım uşaq deyil. İndi onun psixoloji sabitliyi var və o, komandaya daha çox özünəməxsusluq verir”, deyə Mourinyo bildirib.

Xatırladaq ki, Romelu Lukaku “Roma”da icarə əsasında çıxış edir. “Canavarlar” belçikalı hücumçunun xidmətinə dair, futbolçunun transfer hüquqlarının sahibi “Çelsi” ilə 2023/2024 mövsümünün sonuna qədər müqavilə imzalayıblar.

Cari mövsümdə Lukaku “Roma”nın heyətində 9 oyunda 7 qol vurub.

Hücumçu hazırda kapitanı olduğu və 2010-cu ilin mart ayında debüt etdiyi Belçika yığmasının heyətində 112 oyun keçirib, 79 qol vurub, 16 məhsuldar ötürmə verib.

Lukaku karyerası ərzində “Everton”, “İnter”, “Anderlext”, “Mançester Yunayted”, “Çelsi”, “Vest Bromviç” kimi klubların da formasını geyinib.

“Transfermarkt” internet-portalı 30 yaşlı Romelu Lukakunu 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: