Serbiyanın Vrnyaçka Banya şəhərində təşkil olunmuş şahmat üzrə 23-cü şəxsi Avropa çempionatına yekun vurulub. Arena.az xəbər verir ki, martın 3-də start götürmüş turnir ötən gün başa çatıb.
Qitə birinciliyində Azərbaycan şahmatçıları da mübarizə aparıblar. Ölkəmizi qitə çempionatında 19 şahmatçı təmsil edib. Bunlar Nicat Abasov, Eltac Səfərli, Aydın Süleymanlı, Misrətdin İsgəndərov, Vüqar Əsədli, Məhəmməd Muradlı, Namiq Quliyev, Vüqar Rəsulov, Abdulla Qədimbəyli, Əhməd Əhmədzadə, Ülvi Sadıxov, Xəzər Babazadə, Riad Səmədov, Ülviyyə Fətəliyeva, Vüqar Manafov, Nail Bəşirli, Elmar Atakişiyev, Xaqan Əhməd və Şahin Vəliyev idi.
11 tur ərzində Azərbaycan təmsilçiləri arasında ən yaxşı nəticəni Nicat Abasov göstərib. 7.5 xal toplamış şahmatçımız yekun sıralamada 17-ci olub. Bu nəticə ilə Abasov dünya kubokuna vəsiqə əldə edib. Digər təmsilçimiz Xaqan Əhməd isə reytinqini artıraraq FİDE ustası titulunun normativini yerinə yetirib.
Azərbaycan şahmatçılarının yekun sıralamadakı mövqeyi belə olub:
17. Nicat Abasov – 7.5 xal
61. Aydın Süleymanlı – 7 xal
91. Eltac Səfərli – 6.5 xal
97. Namiq Quliyev – 6.5 xal
98. Misrətdin İsgəndərov – 6.5 xal
105. Əhməd Əhmədzadə – 6.5 xal
111. Məhəmməd Muradlı – 6.5 xal
124. Read Səmədov – 6.5 xal
128. Abdulla Qədimbəyli – 6.5 xal
143. Vüqar Manafov – 6 xal
148. Ülvi Sadıxov – 6 xal
180. Xəzər Babazadə – 6 xal
181. Elmar Atakişiyev – 6 xal
215. Vüqar Əsədli – 5.5 xal
219. Ülviyyə Fətəliyeva – 5.5 xal
224. Vüqar Rəsulov – 5.5 xal
231. Xaqan Əhməd – 5.5 xal
262. Şahin Vəliyev – 5.5 xal
272. Nail Bəşirli – 5.5 xal
Xatırladaq ki, 100 min avro mükafat fondu olan şahmat üzrə şəxsi Avropa çempionatı İsveçrə sistemi ilə keçirilib. FİDE bayrağı altında yarışan Aleksey Sarana bütün rəqiblərini qabaqlayaraq 8.5 xalla Avropa çempionu olub və 20 min avro qazanıb. Eyni xal toplamış Kiril Şevçenko (Rumıniya) ikinci (15 min avro), Daniel Darda (Belçika) üçüncü yeri (10 min avro) tutub. Avropa çempionatında 40 ölkədən bütövlükdə 484 şahmatçı mübarizə aparıb. İlk 23 yeri tutan şəxslər mükafatlandırılıblar. Həmin 23 nəfər həm də Dünya Kuboku-2023-ün təsnifat yarışına vəsiqə qazanıb.


