Simeone: “Həmişə mümkün qədər yüksəkdə olmağa çalışırıq”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone UEFA Çempionlar Liqasının qrup mərhələsindən növbəti mərhələyə yüksəlişi haqda danışıb.

Arena.az məlumat verir ki, dünən, dekabrın 13-də Madrid təmsilçisi doğma meydanda “Latsio”nu 2:0 hesabıyla məğlub edərək “E” qrupunda birinciliyi təmin edib.

“Biz həmişə mümkün qədər yüksəkdə olmağa çalışırıq. Komanda qrup mərhələsində çox yaxşı çıxış etdi. Bundan sonra nə olacağını bilmirəm. 1/8 finaldan başlayaraq bütün komandalar yaxşıdır. Davamlı çətinliklərlə üzləşdiyimiz son illərlə müqayisədə bir addım irəli getdik. Birinci qrupda nə qol vura, nə də qalib gələ bilməmişdik.

Artıq mövsümün ilk yarısını vacib yerdə başa vurmuşuq. Komandanın irəliyə doğru daha bir addım atdığını görmək xoşdur. Siz bunu hər gün əks etdirirsiniz və bu dəfə biz buna nail olduq”, – deyə Simeone bildirib.

14 xal toplamış “Atletiko” “E” qrupunu 1-ci, 10 xal toplamış “Latsio” isə 2-ci yerdə tamamlayıb. Hər iki komanda mübarizəsini Çempionlar Liqasının ələmə mərhələsində davam etdirəcək. 6 xala malik “Feyenoord” Avropa Liqasına yollanıb. Şotlandiya nəhəngi “Seltik” isə 4 xal toplayıb və cari mövsümdə avrokuboklarda mübarizəsini başa vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: