“Traktor” 2023/24 mövsümünə məğlubiyyətlə başladı

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2023/2024 mövsümündə ilk matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 1-ci tur çərçivəsində “Sepahan” komandası ilə qarşılaşıb.

İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə qarşılaşıb. “Traktorçular” meydandan məğlubiyyətlə ayrılıblar – 1:3. Təbrizlilərin yeganə qolunu 89-cu dəqiqədə Səid Kərimazar vurub.

“Traktor” növbəti matçını avqustun 16-da doğma meydanda “Persepolis”ə qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: