17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan millisi (U-17) bu gün UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib.
Arena.az xəbər verir ki, komandamız Moldovanın paytaxtı Kişinyov şəhərində təşkil olunmuş turnirdəki ikinci oyununda Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Aqil Nəbiyevin rəhbərlik etdiyi U-17 millimizin heyətində qələbə qolunu 10-cu dəqiqədə Pünhan Kərimov vurub.
Millimizin start heyətində bu futbolçular yer alıblar: 12. Nurəziz Əzizov, 4. Rəşad Gülüşov (k), 15. Uğur Qurbanlı, 20. Kamil Həsənov, 2. İsmayıl Səfərli, 19. Amin Rzayev, 17. Allahverdi Şirinov, 13. Nihad Hüseynzadə, 14. Onur Əliyev, 16. Ramin Abıyev, 11. Pünhan Kərimov.
Qeyd edək ki, Azərbaycan millisi turnir çərçivəsində son matçını aprelin 19-da Estoniya yığmasına qarşı keçirəcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 12:00-da start veriləcək. U-17 yığmamız daha öncə Moldova yığmasına qarşı keçirdiyi oyundan 0:1 hesablı məğlubiyyətlə ayrılmışdı.


