“Yuventus” Kristiano Ronaldo ilə məhkəmə çəkişməsini uduzdu

“Əl-Nəsr”in portuqal ulduzu, hücumçu Kristiano Ronaldo keçmiş klubu “Yuventus”a qarşı qaldırdığı məhkəmə iddiasını qazanıb.

Arena.az bu barədə məşhur italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən məlumat verir.

Nəzərinizə çatdıraq ki, məhkəmə işinin məzmunu “qoca sinyora”nın koronavirus pandemiyası səbəbindən portuqal ulduza ödəməli olduğu iddia edilən 9,8 milyon avro məbləğində maaşı ödəməməsi ilə bağlıdır.

Mənbənin məlumatına görə, məhkəmə işini uduzmasına rəğmən, “Yuventus” Ronaldoya 9,8 milyon avro məbləğində müvafiq ödənişi etmək istəmir. Turin təmsilçisi məhkəmənin bu qərarına etiraz etmək niyyətindədir.

İtaliya mətbuatında, “Yuventus”un bu addımı artıq, həyasızlıq kimi vurğulanır. Bildirilir ki, Turin klubunun mütəmadi olacaq maliyyə məsələrində qanunsuzluqlara yol verməsi və çirkin işlərə qurşanması barədə xəbərlər İtaliya futbolunun beynəlxalq müstəvidə simasını ləkələyir.

Xatırladaq ki, “qoca sinyora”nın Ronaldoya borcu 2020-ci il pandemiyası zamanı portuqal ulduzla və “byankoneri”nin digər bir neçə oyunçusu ilə maaşlarının bir hissəsini daha sonra ödəniləcəyinə dair müqavilə əsasında yığılıb. Digər futbolçuların müvvafiq məhkəmə prosesində Turin klubuna qarşı iddiaları haqda məlumat verilmir. Vurğulanır ki, bu, məhkəmə işinin mahiyytinə təsir edən amil deyil.

Xatırladaq ki, Kristiano Ronaldo 2018-2021-ci illərdə “Yuventus”da çıxış edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: