FIFA italiyalı mütəxəssis Karlo Ançelottinin Madrid “Real”ından ayrılaraq Braziliya millisinə keçməsi ilə bağlı təhqiqata başlayıb.
Arena.az bu barədə “Ge.Globo” dərgisinə istinadən məlumat verir.
Ali futbol qurumu Ançelottinin “selesao”nun baş məşqçisi vəzifəsinə təyinatı ilə bağlı futbol agentləri haqda nizamnamənin mümkün pozuntusu ilə bağlı Braziliya Futbol Konfederasiyasına (CBF) bildiriş ünvanlayıb.
Söhbət agent Dieqo Fernandes üçün öncədən nəzərdə tutulmuş 1,2 milyon avro məbləğində haqdan gedir.
FIFA icraçısı son günlər Ançelottini müşayiət etmiş və mütəxəssisin Braziliyadakı rəsmi təqdimatına qədər onunla olmuş Fernandesin bu məsələdə roluna şübhə ilə yanaşır.
Ali futbol qurumu Braziliya Futbol Konfederasiyasından Dieqo Fernandes haqda məlumat istəyib və növbəti suallarla bağlı izahat tələb edib:
– Müvafiq iş ilə əlaqədar Braziliya Futbol Konfederasiyasının mövqeyinin qısa ifadəsi, xüsilə müqavilənin imzalanmasında Dieqo Fernandesin rolub;
– Xüsusilə Dieqo Fernandeslə bağlı olmaqla, müqaviləyə dair ixtiyari yazışmalar;
– Müqavilənin imzalanması ilə bağlı Braziliya Futbol Konfederasiyasının bütün ödənişlərinin surətləri;
– Braziliya Futbol Konfederasiyası və Dieqo Fernandes arasında bütün razılıqlar.
Öz növbəsində Braziliya Futbol Konfederasiya FIFA-nın bu məsələ ilə bağlı mövqeyini cavablayıb:
“Braziliya Futbol Konfederasiyası bildirir ki, Karlo Ançelottinin və onun məşqçi qərargahının təyinatı ilə bağlı bütün şərtlər, məxfilik haqda vəziyyəti ehtiva edir və qurumun əvvəlki rəhbərliyi tərəfindən işlənib-hazırlanıb. Cari inzibat vəziyyəti, idarəetmə ittifaqı şöbəsinin rəhbərliyi altında daxil yoxlamadan keçirir”, – rəsmi bəyanatda deyilir.
Xatırdaq ki, Karlo Ançelotti mayın 26-dan Braziliya millisinin sükanı arxasındadır. Təcrübəli mütəxəssisin qarşısında bir tapşırıq – “selesao”nu 2026-cı il dünya çempionatında çempionluğa çatdırmaq tapşırığı qoyulub.


