Finlandiya – Belçika matçının ən yaxşı futbolçusu

AÇ-2020-nin B qrupu çərçivəsində keçirilən Finlandiya – Belçika matçının ən yaxşı futbolçusu müəyyənləşib. Arena.az xəbər verir ki, Belçika yığmasının yarımmüdafiəçisi Kevin De Breyne bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında pay sahiblərindən biri olub. Komandasının vurduğu ikinci qolun məhsuldar ötürməsini məhz De Breyne verib.

Qeyd edək ki, Finlandiya – Belçika matçı 0:2 hesabıyla başa çatıb.

Kevin De Breyne İngiltərənin “Mançester Siti” klubunun formasını geyinir.

Xəbəri sosial şəbəkələrdə paylaş: