“Barselona”nın baş məşqçisi Xavi komandasının İspaniya La Liqasında “Osasuna” üzərində qələbəsini (2:1) şərh edib.
Arena.az xəbər verir ki, ispan mütəxəssis komandasını “Osasuna” ilə oyundan fərqli olaraq, topla daha yaxşı rəfrar etməyə səsləyib:
“Rəqib müdafiədə əla işlədi. Biz topa nəzarət edəndə kifayət qədər məqamlar yaratmağa müyəssər ola bilmədik. Amma hamı üçün çətin olacaq bir stadionda üç vacib xalı qazandıq.
Biz daha səmərəli oynamalıyıq. İkinci hissədə topla daha yaxşı işləməliydik, biz bu yöndə məşq edirik. Biz təkbətəkə oynamadıq və cinahların köməyi ilə kifayət qədər imkanlar yaratmadıq. Mən qələbədən məmnunam, amma irəliyə doğru addım atmalıyıq. “Kadis”ə qarşı da problemlərimiz vardı.
Nümunə olaraq “Vilyarreal”la oyunun ikinci yarısını istifadə edərdim, o vaxt heç kimə meydanın ortasından keçməyə imkan vermirdik.
12 xaldan 10 xal yaxşı nəticədir”, – deyə Xavi fikrini nikbin surətdə tamamlayıb.
Xatıraladaq ki, İspaniya La Liqasının 4-cü turu çərçivəsində səfərdə “Osasuna”nın qonağı olmuş “Barselona” 2:1 hesabı ilə qalib gəlib. Kataloniya təmsilçisi 4 turdan sonra 10 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Eyni miqdarda xal toplamış “Jirona” isə 2-ci pillədədir. “Blauqrana” 3 qələbə, 1 heç-heçə yaşayıb, topların fərqi isə 8:4-dür. La Liqada 12 xalla “Real” liderlik edir.


