Xosep Qvardiola transferlərə ən çox pul xərcləyən məşqçidir

Nüfuzlu “Transfermarkt” internet-portalı məşqçilərin karyerası ərzində transferlərə xərclədikləri məbləğ əsasında siyahı tərtib edib.

Arena.az məlumat verir ki, “Mançester Siti”nin baş məşqçisi, ispaniyalı mütəxəssis Xosep Qvardiola siyahıya liderlik edir.

“Pep” çalışdırdığı klublarda 78 transferə 2,04 milyard avro pul xərcləyib.

“Roma”nın portuqal çalışdırıcısı Joze Mourinto ikinci, “Real”ın italyan baş məşqçisi Karlo Ançelotti isə üçüncü sırada yer alıb. “Mour” cari siyahıda ən çox transfer həyata keçirmiş məşqçi kimi diqqət çəkir ki, bu da portuqal çalışdırıcının qiymət-kəmiyyət tarazlığından futbol mənzərəsini daha aydın gördüyünü deməyə əsas verə bilər – 118 transferə 1,86 milyard avro.

“Çelsi”nin argentinalı baş məşqçisi Maurisio Poçettino isə siyahıda ən az transfer həyata keçirmiş məşqçidir və buna rəğmən, 57 transfer müqabilində “Poç” 1,15 milyard məbləğində vəsait sərf edib.

İlk onluğu diqqətinizə çatdırırıq:

  1. Xosep Qvardiola – 2,04 milyard avroya 78 transfer;
  2. Joze Mourinyo – 1,86 milyard avroya 118 transfer;
  3. Karlo Ançelotti – 1,62 milyard avroya 95 transfer;
  4. Massimiliano Alleqri – 1,4 milyard avroya 113 transfer;
  5. Dieqo Simeone – 1,21 milyard avroya 82 transfer;
  6. Manuel Pelleqrini – 1,2 milyard avroya 96 transfer;
  7. Tomas Tuxel – 1,19 milyard avroya 71 transfer;
  8. Antonio Konte – 1,17 milyard avroya 93 transfer;
  9. Maurisio Poçettino – 1,15 milyard avroya 57 transfer;
  10. Yurgen Klopp – 1,13 milyard avroya 85 transfer.
Xəbəri sosial şəbəkələrdə paylaş: