“Real” və “Çelsi” Hazardın futbolla vidalaşmasını cavabladılar

“Real” “qaymaqlılar”ın sabiq futbolçusu Eden Hazardın futbolçu karyerasını bitirməsi xəbərinə rəsmi təşəkkür bəyanatı ilə cavab verib.

Arena.az bu barədə “Kral klubu”nun rəsmi saytına istinadən məlumat verir:

“Eden Hazardın peşəkar “Real” oyunçusu kimi futboldan ayrıldığını elan etməsi ilə klubumuza 2019-cu ildə qoşulmuşdu. Komanda ilə dörd mövsümdə səkkiz titul qazanmış oyunçuya təşəkkürümüzü bildirmək istəyirik. Bir Çempionlar Liqası qəniməti, bir klublararası dünya çempionatı titulu, bir Avropa Super Kuboku, iki İspaniya çempionatı titulu, bir İspaniya Kuboku və iki İspaniya Super Kuboku.

“Real” Eden Hazarda və ailəsinə yeni həyat mərhələsində uğurlar arzulayır”, klubun rəsmi təşəkkür bəyanatında deyilir.

Eyni zamanda “Çelsi” də sabiq futbolçusunu yad edib: “Hazardın oyununu canlı izləmək inanılmaz idi. Bizə ayağında topla demək olar ki, hər şeyi edə bilən bir oyunçu olduğu hissini bəxş etmiş dünya səviyyəli futbolçu”, – “Çelsi” klubun “X” hesabı üzərindən qısa duyğusal yazı dərc edib.

Maraqlıdır ki, Eden Hazard karyerasına 32 yaşında xitam verib. Bir çox futbolçuların ABŞ, Yaponiya, Çin və ya Səudiyyə Ərəbistanına qazanc dalınca yollanmağa getdiyi bir yaşda, Hazardın bu qərarını təəccüblə qarşılayanlar da olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: