Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) “Mançester Yunayted’ və “Nitsa”nın Avropa Liqasında iştirakını təsdiqləyib.
Arena.az bu barədə UEFA-nın rəsmi sayrtına istinadən məlumat verir.
Qurum, “maraqlı səhmdarlar tərəfindən əhəmiyyətli dəyişikliklər edildikdən” sonra müvafiq qərarı qəbul edib.
Bundan əlavə, UEFA “Jirona” üzrə edilmiş dəyişikliklərdən sonra “Jirona” və “Mançester Siti”nin də Çempionlar Liqasında iştirakını təsdiqləyib. Bu isə öz növbəsində bu klubların “idarə edilməsində və/və ya idman nəticələsində heç kəsin birbaşa və ya dolayısı ilə hər hansı surətdə iştirak etməməsinin” təmin edilməsinin bu klublar tərəfindən hüquqi məsuliyyətlə etirafı, UEFA tərəfindən isə təsdiqi deməkdir.
Bununla belə, vurğulanır ki, “Mançester Yunayted” – “Nitsa” və “Mançester Siti” – “Jirona” 2024-cü ilin iyulundan 2025-ci ilin sentyabrına qədər əvvəllər razılaşdırılmış sövdələşmələr istisna olmaqla, bir-birinə oyunçu sata və ya icarəyə verə bilməyəcəklər.
Xatırladaq ki, “Mançester Yunayted”in yeni həmsahibi britaniyalı iş adamı Cim Retklifdir. Retkliffin rəhbəri olduğu kimya şirkəti INEOS həmçinin “Nitsa”nın sahibidir. “Mançester Siti” və “Jirona”nın isə “City Football Group”a məxsusdurlar. Əvvəllər, müvafiq dəyişiklik əlavəsindən öncə, UEFA-nın nizamnaməsi eyni şirkətə məxsus klubların avrokuboklarda eyni vaxtda iştirakını yasaqlayırdı. Köhnə nizamnaməyə əsasən, eyni şirkətə məxsus klublar avrokuboklara vəsiqə qazandıqda, yarışlarda iştirak vəsiqəsi ən yüksək nəticə göstərmiş kluba verilməli idi.
Göründüyü kimi, UEFA “güzəşt” mexanizmini işə salaraq, nizamnaməsində dəyişiklik edib.


