“Barselona”nın baş məşqçisi Hansi Flik İspaniya La Liqasının 2-ci turunda Bilbao “Atletik”i üzərində ev qələbəsini (2:1) şərh edib.
Arena.az “Marca” nəşrinə istinadən, alman mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Qələbədən çox şad və razıyam. Ehtiras və güc-qüvvəyə sahib olmaq çox gözəldir, amma mən bir qədər daha sakit olmağı xahiş edirəm.
“Atletik”in necə oynayacağını bilirdik. Bu gün biz azad məkanlardan istifadə etdik. Artıq birinci hissədə bir neçə aydın fikrimiz vardı. “Atletik”lə qarşılaşmada qələbə qazanmaq çox xoşdur.
Niyyətimiz həmişə qələbə qazanmaqdır. Bunun üçün müdafiə və hücum arasında yaxşı tarazlığa sahib olmaq gərəkdir.
Düşünürəm ki, təkmilləşmək həmişə yaxşıdır, bunu oyunçularına demişəm. Hər oyun irəliyə doğru bir addımdır, biz isə inkişaf etmək istəyirik və bunu edirik. Gəlin görək, növbəti oyunda vəziyyəti necə yaxşılaşdıra bilərik”, deyə Hansi Flik vurğulayıb.
2-ci turdan sonra “Barselona” 6 xalla La Liqanın yarış cədvəlində 2-ci pillədə “Selta” ilə şərikli liderliyini sürdürür. “Atletik” isə 1 xalla 17-ci pillədə qərarlaşıb.


