Bedri Meriç “Gəncə”dən getdi

Azərbaycan Basketbol Liqasında mübarizə aparan “Gəncə” komandasının baş məşqçisi Bedri Meriç istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, türkiyəli mütəxəssislə başa çatan müqavilənin müddəti yenilənməyib. Klub xidmətlərinə görə mütəxəssisə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Bedri Meriç ötən ildən “Gəncə”də çalışırdı. Komanda onun rəhbərliyi altında ötən mövsüm 10 iştirakçı arasında 8-ci yeri tutmuş və final mərhələsinə vəsiqə qazana bilməmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: