AÇ-2024-dəki yenilik avrokubok oyunlarında tətbiq ediləcək

Növbəti mövsümdən avrokubok yarışlarında, eləcə də Almaniyada yalnız komanda kapitanlarına oyun hakimləri ilə ünsiyyətə icazə veriləcək.

Arena.az bu barədə nüfuzlu “Bild” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, bu yenilik Alman Futbol İttifaqının (DFB) son iclasından sonra məlum olub.

Hakimlərlə ünsiyyət üçün yeni qayda avrokuboklar və Almaniya Bundesliqasının oyunları ilə yanaşı, Almaniyanın ikinci, üçüncü və dördüncü divizionlarına da şamil ediləcək. Futbolçularla hakim arasındakı bu ünsiyyət tərtibatının 2024-cü il Avropa çempionatı zamanı özünü uğurla göstərdiyi vurğulanır. Məhz bu səbəbdən yeniliyin təbiqinə qərar verilib.

Komandanın kapitanı qapıçıdırsa, müvafiq fəaliyyət mexanizminin necə olması hələ tam müəyyənləşdirilməyib. AÇ-2024-də kapitan sarğısı olan qapıçı meydan oyunçuları arasında hakimlə ünsiyyətə cavabdeh olan şəxsi təyin etməli idi. Hazırda bu məqamla bağlı mütərəqqi həllərin baxışdan keçirildiyi bildirilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: