Çempionlar Liqasının 1/8 finalının “Atletiko” – “İnter” matçında futbolçular Antuan Qrizmann ilə Aleksis Sançes arasında münaqişə yaşanıb.
Arena.az xəbər verir ki, Madrid və Milan təmsilçiləri arasındakı cavab oyununun penaltilər silsiləsində xoşagəlməzlik qeydə alınıb.
“Marca” nəşrinin yazdığına görə, “döşəkçilər”in fransalı mərkəz hücumçusu Antuan Qrizmann “neradzurri”nin çilili mərkəz hücumçusu Aleksis Sançesi təhqir edib.
Qrizmann ədəb-ərkanını oyunsonrası penaltilər silsiləsində nümayiş etdirib. Belə ki, Aleksis Sançes penalti zərbəsini qola çevirə bilməyib. Buna isə ehtiyat oyunçular skamyası yaxınlığında dayanmış Qrizmann qanacaqsız münasibətilə qarşılıq verib: “O, nəcisdir, çilili nəcisdir”, deyə fransalı hücumçu səsini başına ataraq məsxərə ilə qışqırıb.
Xatırladaq ki, penaltilər silsiləsində “İnter”in ilk büdrəyən futbolçusu məhz Aleksis Sançes olub.
“İnter” – “Atletiko” cütünün qalibi İspaniya klubu olub. “Atletiko” Milanda 0:1 hesablı məğlubiyyətini Madriddə 2:1 hesablı qələbə ilə tarazlayıb və penaltilər silsiləsində “neradzurri”dən üstün olub – 3:2.


