Fransa yığmasının DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan və İslandiya millilərinə qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Baş məşqçi Didye Deşam D qrupu çərçivəsində oktyabrın 10-da Parisdə Azərbaycan, 13-də isə Reykyavikdə İslandiya millisinə qarşı baş tutacaq matçlara 23 futbolçu dəvət edib.
Siyahıda aşağıdakı futbolçular yer alıblar.
Qapıçılar: Luka Şevalve (PSJ), Mayk Menyan (“Milan”, İtaliya), Bris Samba (“Renn”);
Müdafiəçilər: Luka Din (“Aston Villa”, İngiltərə), Malo Qyusto (“Çelsi”, İngiltərə), Lukas Ernandes (PSJ), Teo Ernandes (“Əl-Hilal”, Səudiyyə Ərəbistanı), İbrahima Konate (“Liverpul”, İngiltərə), Jül Kunde (“Barselona”, İspaniya), Vilyam Saliba (“Arsenal”, İngiltərə), Dayo Upamekano (“Bayern”, Almaniya);
Yarımmüdafiəçilər: Eduardo Kamavinqa (“Real”, İspaniya), Manu Kone (“Roma”, İtaliya), Maykl Olise (“Bayern”, Almaniya), Adrien Rabyo (“Milan”, İtaliya), Kefren Türam (“Yuventus”, İtaliya);
Hücumçular: Manes Akliuş (“Monako”), Bradli Barkola (PSJ), Kinqsli Koman (“Əl-Nəsr”, Səudiyyə Ərəbistanı), Uqo Ekitike (“Liverpul”, İngiltərə), Jan-Filipp Mateta (“Kristal Pelas”, İngiltərə), Kilian Mbappe (“Real”, İspaniya), Kristofer Nkunku (“Milan”, İtaliya).
Qeyd edək ki, Fransa – Azərbaycan qarşılaşması oktyabrın 10-da “Park de Prens” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.


