Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropada 2023-cü ilin rəmzi komandasını açıqlayıb.
Arena.az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, “11-lik” 3-4-3 sxeminə uyğun tərtib edilib.
Siyahıda ən çox futbolçu ilə İngiltərə təmsil olunub. Bu ölkənin 3 oyunçusu rəmzi komandaya düşüb.
Qapıçı: Tibo Kurtua (Belçika);
Müdafiəçilər: Trent Aleksander-Arnold (İngiltərə), Ruben Dias (Portuqaliya), David Alaba (Avstriya);
Yarımmüdafiəçilər: Rodri (İspaniya), Kevin De Bröyne (Belçika), Cud Bellingem (İngiltərə), Bernardo Silva (Portuqaliya);
Hücumçular: Harri Keyn (İngiltərə), Erlinq Haland (Norveç), Kilian Mbappe (Fransa).


