“Alanyaspor” “Braqa”nın futbolçusunu heyətinə qatdı

Türkiyənin “Alanyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi kolumbiyalı sol cinah müdafiəçisi Kristian Borxanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Alanya təmsilçisi 28 yaşlı futbolçunu Portuqaliyanın “Braqa” klubundan mövsümün sonuna kimi icarəyə götürüb. Müdafiəçi yeni komandasında “31” nömrəli formanı geyinəcək.

Kristian Borxa “Braqa”ya bu ilin əvvəlində “Sportinq”dən transfer olunub. O, geridə qalan mövsümdə meydana çıxdığı 22 oyunda 1 qolla yadda qalıb. Kolumbiya yığmasında da oynamış futbolçunun Portuqaliya klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir. O, daha öncə “Toluka”, “Santa Fe” və “Kortulua” klublarının da uğurları üçün çalışıb.

Qeyd edək ki, “Alanyaspor” Super Liqada geridə qalan mövsümü 7-ci pillədə başa vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: