“Nitsa” daha bir niderlandlı futbolçu transfer etdi

Fransanın “Nitsa” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisi Niderlandın PSV klubunun yarımmüdafiəçisi Pablo Rosarionu transfer edib.

Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Rosario peşəkar karyerasına “Almere Siti” klubunda başlayıb. O, 2016-cı ildən PSV-də çıxış edirdi. Niderlandlı futbolçu bu komandanın heyətində keçirdiyi dörd mövsüm ərzində 120 matça çıxıb, 5 qola imza atıb. Pablo Niderlandın əsas yığmasına da dəvət alır.

Qeyd edək ki, Pablo Rosario “Nitsa” klubunun bu yay transfer etdiyi üçüncü niderlandlı futbolçudur. Liqa 1 təmsilçisi ondan əvvəl Kelvin Stenqs və Castin Kluyverti də transfer etmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: