Almaniya kubokunda hər iki finalçı bəlli oldu

Futbol üzrə Almaniya kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, bu gün sonuncu yarımfinal görüşü baş tutub.

“Leypsiq” doğma meydanda “Union Berlin”lə qarşılaşıb. Üç qolun qeydə alındığı bu oyunda meydan sahibləri qələbəyə seviniblər.

Ötən gün “Frayburq” da “Hamburq”u səfərdə yenməklə ilk finalçıya çevrilmişdi. Beləliklə, Almaniya kubokunda mayın 21-də baş tutacaq final görüşü “Frayburq”la “Leypsiq” komandaları arasında keçiriləcək.

Almaniya kuboku
Yarımfinal
19 aprel

Hamburq – Frayburq 1:3
Qol: Qlatsel, 88 – Petersen, 11. Hofler, 17. Qrifo, 35-pen.

20 aprel

Leypsiq – Union Berlin 2:1
Qol: A.Silva, 61-pen. Forsberq, 90+3 – Bekker, 25.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: