“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu Premyer Liqanın 11-ci turunda “İpsviç Taun”a ev məğlubiyyətinə (1:2) aydınlıq gətirib.
Arena.az yunanəsilli avstraliyalı mütəxəssisin oyunsonrası mətbuat konfransında bu barədə səsləndirdiyi fikri təqdim edir:
“Bu mövsüm uyğunsuzluğumuz mənim təqsirimdir. Bu, mənim məsuliyyətimdir. Uyğun olmayan nəticələrimiz birbaşa mənimlə və mənim yanaşmamla bağlıdır. Bunu aradan qaldırmağa çalışmalıyam”, deyə Angelos Postekoqlu vurğulayıb.
11 turdan sonra 16 xal toplamış “mahmızlar” İngiltərə Premyer Liqasının yarış cədvəlində “ekvator”da – 10-cı pillədə qərarlaşıblar. “İpsviç Taun” isə 8 xalla 17-ci pillədədir.
Premyer Liqaya 28 xalla “Liverpul” başçılıq edir.


