“Neftçi” müdafiəçi Romen Bask ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Fransadan olan futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. “Neftçi” müdafiəçiyə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Romen Bask bu ilin yayında “Neftçi”yə transfer olunmuşdu. O, paytaxt klubunun heyətində cəmi 12 rəsmi oyuna çıxıb.


