“Arsenal” – “Atletiko” matçı öncəsi isti su qalmaqalı

UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin “Arsenal” – “Atletiko” oyunundan əvvəl İspaniya klubu UEFA-ya şikayət ünvanlayıb.

Arena.az bu barədə “Marca”ya istinadən xəbər verir.

İspanların şikayətinə London klubunun “Emireyts” stadionundakı məşqdən sonra qonaq komandanın futbolçularını isti su ilə təmin etməməsi səbəb olub. Nəticədə İspaniya nəhənginin oyunçuları duş ala bilməyiblər. Klub məsələ ilə bağlı stadion işçilərinə məlumat versə də, buna məhəl qoyulmayıb. Futbolçular duş almadan Londonun mərkəzindəki otellərinə qayıtmağa məcbur olublar.

Madrid klubunun rəhbərliyi üzləşdikləri problemlə bağlı dərhal UEFA-ya da şikayət ediblər. Böyük ehtimalla, ali futbol qurumu İngiltərə klubunu buna görə cərimə edəcək.

Qeyd edək ki, “Arsenal” – “Atletiko” matçı bu gün “Emireyts” stadionunda keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Xəbəri istədiklərinizlə paylaşın