Harri Keyn: “Bellingemin böyük gələcəyi var”

“Bayern”in ingilis hücumçusu Harri Keyn, Dortmund “Borussiya”sında çıxış edən həmyerlisi Cob Bellingemi qiymətləndirib.

Arena.az Keynin müvafiq qənaətini təqdim edir:

“O, böyük imkanlara malik, həqiqətən yaxşı oyunçudur. İndi o, yəqin ki, daha çox oyun dəqiqələri almaq istəyir, amma bu, yüksək səviyyədə artımın bir hissəsidir. Onun böyük gələcəyi var – bunun üçün bütün gərək olanı – işləməyə davam etməkdir”, deyə Harri Keyn vurğulayıb.

Xatırladaq ki, Cob Bellingem bu ilin yayında İngiltərənin “Sanderlend” klubundan Dortmund “Borussiya”sına keçib. 19 yaşlı yarımmüdafiəçinin transferi yeni klubuna 30,5 milyon avroya başa gəlib. İngilis futbolçu “Borussiya” ilə 5 illik (2030-cu ilin 30 iyununadək) müqaviləyə imza atıb.

Bu keçid, “Sanderlend”in tarixən ən bahalı satış əməliyyatı olaraq əlamətdardır.

Cob Bellingem İngiltərənin digər klubu “Birmingem”in yetirməsidir. O, “Sanderlend”ə 2023-cü ilin iyulunda 1,75 milyon avro müqabilində keçmişdi. Gənc futbolçu bu komandanın heyətində 90 oyuna çıxıb, 11 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

“Borussiya”da isə Cob 14 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Cob İngiltərənin U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış etsə də, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qimətləndirir.

Xatırladaq ki, Cob hazırda Madrid “Real”ında çıxış edən Cud Bellingemin doğma qardaşıdır. Cud da vaxtilə Dortmund “Borussiya”sında forma geyinib.

Xəbəri istədiklərinizlə paylaşın