Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 6-cı turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
Yeddi qolun qeydə alındığı “Şirvan” – “Dinamo” matçında meydan sahibləri qələbə qazanıblar.
“Ağdaş”ın qonağı olan “Şəki” 3 cavabsız qola sevinib. “Xankəndi” isə “Araz Saatlı” ilə səfər matçından 14 cavabsız qolla qalib ayrılıb.
İkinci Liqa
6-cı tur
20 oktyabr
“Göygöl” – “Ağstafa Gəncləri” 1:1
Qollar: Elcan Rəhimov, 88 – Elgün Qəhrəmanov, 77
Hakimlər: Nazim Abdullayev, Nurlan Əhmədzadə, Ruslan Babayev, Səbuhi Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Kür-Araz” – “Quba” 1:6
Qollar: Əlisa İsayev, 45+1 – Vidadi Cəfərov, 29-pen; 33; 65. Samir Ağayev, 36. Bəhram Köçərli, 67. Nihad Mollayev, 77.
Hakimlər: Rasim Musayev, Cavid Ömərov, Hüseyn Vəliyev, Niyaz Əhmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Şəmkir” – “Qaradağ Lökbatan” 0:1
Qol: Tofiq Nəsibov, 90+6-pen.
Hakimlər: Nahid Xasıyev, Səbuhi Əmrahov, Rizvan Süleymanov, Ceyhun Hüseynov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
21 oktyabr
“Araz Saatlı” – “Xankəndi” 0:14
Qollar: Elməddin Hüseynzadə, 20. Rafiq Abdullayev, 34-öz qapısına. Bəhruz Teymurov, 44; 74; 86; 90+1. Tural Qurbatov, 46; 56; 80; 83. Sərxan Ağayev, 54; 81. Emin Quliyev, 63. Tunar Mütəlimov, 78.
Hakimlər: Nəriman Ağayev, Samir Qaracayev, Elvin Mədətov, Rəsul Babayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Ağdaş” – “Şəki” 0:3
Qollar: Ramal Əhmədov, 27-öz qapısına; 44-öz qapısına. Cavid İmamverdiyev, 33.
Hakimlər: Kamil Aydınov, Səbuhi Aydınov, Mirnihad Seyidov, Murad Səlimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Ağdaş şəhər stadionu, 14:00.
“Şirvan” – “Dinamo” 4:3
Qollar: Elariz Xəlilli, 10. Nurlan İsayev, 17. Comərd Baxşəliyev, 55. Elgün Xəlilov, 84 – Xəyal Qocayev, 48. Fizuli Dəmirov, 65. Valeh Seyidov, 73-pen.
Hakimlər: Sənan Bayramzadə, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Ləman Əmirli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
