London derbisində “Arsenal” qalib gəldi

Futbol üzrə İngiltərə Premyer Liqasında 6-cı turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bazar günü daha iki qarşılaşma baş tutub.

“Vulverhempton” səfərdə “Sauthempton”u minimal hesabla üstələyib.

Londonun “Arsenal” komandası isə doğma meydanda “Tottenhem”lə üz-üzə gəlib. Paytaxt derbisi meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.

İngiltərə Premyer Liqası
6-cı tur
25 sentyabr

Mançester Yunayted – Aston Villa 0:1
Qol: Hoz, 88.

Çelsi – Mançester Siti 0:1
Qol: Q.Jezus, 53.

Lester Siti – Bernli 2:2
Qol: Vardi, 37; 85 – Vardi, 12-öz qapısına. Korne, 40.

Lids – Vest Hem 1:2
Qol: Rafinya, 19 – Firpo, 67-öz qapısına. M.Antonio, 90.

Uotford – Nyukasl 1:1
Qol: Sarr, 72 – Lonqstaff, 23.

Everton – Norviç Siti 2:0
Qol: Taunsend, 29. Dukure, 77.

Brentford – Liverpul 3:3
Qol: Pinnok, 27. Janelt, 63. Vissa, 82 – Jota, 31. Salah, 54. Cons, 67.

26 sentyabr

Sauthempton – Vulverhempton 0:1
Qol: R.Ximenes, 61.

Arsenal – Tottenhem 3:1
Qol: Smit Rou, 12. Obameyanq, 27. Saka, 34 – Son, 79.

27 sentyabr

23:00. Kristal Pelas – Brayton