Medina: “Atletik”ə qarşı layiqli mübarizə aparmağa çalışacağıq”

“Qarabağ”ın müdafiəçisi Kevin Medina UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Atletik”ə qarşı keçirəcəkləri oyundan danışıb.

Arena.az xəbər verir ki, Azərbaycan və İspaniya təmsilçiləri sabah UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində Bilbao şəhərində üz-üzə gələcəklər.

Ağdam klubunun təcrübəli müdafiəçisi bu gün İspaniyada təşkil edilmiş mətbuat konfransında iştirak edib. Kevin Medina bu rəqibə qarşı layiqli mübarizə aparmağa çalışacaqlarını vurğulayıb:

“Atletik”ə qarşı layiqli mübarizə aparmağa çalışacağıq. Təkcə Uilyams qardaşlarına qarşı deyil, ümumilikdə “Atletik”ə qarşı oynayacağıq. Niko və İnyaki dəyərli futbolçulardır. Ötən mövsüm yaxşı formada olmamışdım. Buna görə cari mövsümdə matçlara yaxşı motivasiya ola bilirəm”.

“Atletik” – “Qarabağ” matçı sabah – oktyabrın 22-də Bilbao şəhərindəki “San Mames” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.

Xəbəri istədiklərinizlə paylaşın